"ATƏŞGAH" MƏBƏDİNƏ EKSKURSİYA
Məktəbin illik fəaliyyət planına uyğun olaraq Sevinc Məmmədovanın təşkilatçılığı ilə 2 “A” sinfi Abşeron yarımadasındakı Suraxanı kəndinin cənub – şərq qurtaracağında, neft mədənlərinin yaxınlığında yerləşən “Atəşgah” məbədinə ekskursiya etdilər. Məqsəd tarixi abidələrimizi şagirdlərə tanıtmaq və onlarda vətənə sevgi aşılamaqdır. Məbədin ən erkən tikilişi təqribən eramızın 1713 cü ilinə aid edilir. Mərkəzi məbəd- səcdəgah isə 1810-cu ildə hindistanlı tacir Kancaraqaranın vəsaiti ilə tikilmişdir. Hazırda bu məkan hər tərəfdən neft buruqları ilə əhatə olunub. Abidənin tikildiyi yerin relyefi düzənlikdir. Hücrələr XVII əsrin sonlarında ümumi hasara alınmışdır. Atəşgahın orta əsr karvansaralarını xatırladan konstruksiyası planda qapalı beşguşə formasında olub, vaxtilə zəvvarlara xidmət üçün istifadə edilən 24 hücrədən və bir otaqdan ibarətdir. Qapalı beşguşəli divarların əmələ gətirdiyi həyətin ortasında rotonda şəklində ibadədgah var. XVII- XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi, sönməz alovların yerində inşa edilmiş müqəddəs ziyarətgah haqqında öyrəndikləri bilgilər şagirdlərin böyük marağına səbəb oldu. Sonda sinif rəhbəri qeyd etdi ki, babalarımızdan bizə miras qalmış yurdumuzu, tarixi abidələrimizi, adət-ənənələrimizi öyrənək, çünki bunlar bizim milli-mənəvi dəyərlərimizdir.