“Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” mövzusunda tədbir keçirildi

Məktəbin illik fəaliyyət planına uyğun olaraq məktəbimizdə “Heydər Əliyev ili” ilə əlaqədar 6a sinfində “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” mövzusunda tədbir keçirildi. Tədbiri ilk sözü ilə açan tarix müəllimi Xudai Afət bildirdi ki, Qarabağ Azərbaycanın əzəli torpağıdır. Qarabağın tacı Şuşadır. Şuşa nəinki Azərbaycanın hətta Cənubi Qafqazın konservatoriyasıdır. Şuşada yetişən musiqiçilərdən Xan Şuşinski, Bülbül, şairə Natəvan, rəssam Mir Mohsün Nəvvab kimi dahilərin adlarını çəkə bilərik. Bu ziyalılar Qarabağın mərkəzi olan Şuşa şəhərinin yetirmələridir. Şuşa sənətkarlığı ilə seçilən 17 məhəlləsi olan bir şəhərdir. Sonra 6a sinif şagirdləri çıxışlarında Qarabağın qədim Azərbaycan torpağı olduğunu və Şuşanın zəngin təbiətə malik olduğunu qeyd etdilər.
Qarabağ bizim canımız və ürəyimizdir. Şuşasız yaşamaq qeyri mümkündür. Azərbaycanı Qarabağsız təsəvvür etmək olmaz. Qarabağ Azərbaycandır!