Ailəm və məktəbim
BŞTİ - nin 18.04.2023- cü il tarixli 3-29-59/3- 2-170 F-2023 N li əmrinə əsasən "Ailəm və məktəbim" layihəsinə uyğun olaraq məktəbin fəaliyyət planı əsasında tədbir kecirildi.
Ailə-məktəb münasibətlərinin sağlam pedaqojı, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qururulması cəmiyyətin inkişafını şərtləndirən amillərdəndir. Bu münasibətlərin səmərəli təşkili böyüməkdə olan gənc nəslin motivasiya sahəsinin, əxlaqi şüurunun formalaşmasına, uşağın özünü dərk etməsinə,bilik və bacarıqlarını inkişaf etdirilməsinə sistemli töhfə verir.
Tədbirdə görülmüş və görüləcək işlərdən danışıldı.