AZƏRBAYCAN XALQ MAHNISI VƏ AZƏRBAYCAN XALQ RƏQSLƏRİ HAQQINDA NÜMUNƏVİ DƏRS
Məktəbin fəaliyyət planına uyğun olaraq məktəbin musiqi müəlliməsi Humay Həsənovanın təşkilatçılığı ilə 6"A " sinifində Xalq rəqsləri və Xalq mahnıları mövzusunda dərs keçirildi.Dərsdə 1.2 standartı Azərbaycan folklor nümunələri (mahnı və rəqs) dair bilik və bacarıqları nümayiş etdirməsi üçün məlumatlar verildi.Mövzunun daha yaxşı mənimsənilməsi üçün video çarxlardan istifadə olundu. Azərbaycanda Operetto janrının yaradıcısı Dahi bəstəkarımız Üzeyir Hacıbəyovun "O,olmasın,bu olsun","Arşın mal alan" operettalarında istifadə etdiyi xalq mahnıları,Azərbaycanda Balet janrının yaradıcısı olan Əfrasiyab Bədərbəylinin "Qız qalası" baletində istifadə etdiyi xalq rəqslərinə nəzər yetirildi.Şagirdlər yaradıcı tətbiqetmə mərhələsində quruplara ayrılaraq iş vərəqlərində sualları cavablandırdılar .Qalib gələn komanda ilə Azərbaycan xalq mahnısı olan "Ay bəri bax "mahnısı qurup səklində ifa olundu.Sonda kollektiv olaraq musiqisi Oqtay Rəcəbovun olan "Uşaqlar sevinsin həmişə "adlı musiqi səsləndirildi.