18 May Beynəlxalq Muzeylər Günüdür

Məktəbin fəaliyyət planınına uyğun olaraq Sevinc Məmmədovanın rəhbərliyi ilə 2 “A” sinif şagirdləri Səttar Bəhlulzadənin ev muzeyinə ekskursiya etdilər. Məqsəd şagirdlərdə Azərbaycan incəsənətinə maraq yaratmaq, fırça ustalarımıza, xüsusən də Səttar Bəhlulzadə sənətinə məhəbbət oyatmaqdır. Ev muzeyində muzeyin direktoru Pərzad Abdinova görkəmli rəssamın keçdiyi həyat yolu və yaradıcılığı ilə şagirdləri məlumatlandırdı. Kiçik məktəblilər rəssamın əsərləri ilə yaxından tanış oldular. “Ana”, “Suraxanı atəşgahı”, “Azərbaycan nağılı”, “Neft daşları” və s. əsərləri şagirdlərin diqqətini daha çox cəlb etdi. Muzeydən qayıtdıqdan sonra rəssamın əsərlərinə olan maraqlı düşüncələr şagirdlərin yazdıqları esselərdə daha çox diqqəti cəlb etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi