"Tərəvəz yeməklərinin hazırlanma texnologiyası" mövzusunda nümunəvi dərs keçirildi

Məktəbin fəaliyyət planına uyğun olaraq məktəbin  texnologiya müəllimi Aysun Məmmədovanın təşkilatçılığı ilə 6 “B” sinifində "Tərəvəz yeməklərinin hazırlanma texnologiyası" mövzusunda nümunəvi dərs keçirildi. Dərsdə 1.3.1 standartını reallaşdıraraq tərəvəz və meyvələrin insan həyatındakı rolu, gündəlik qəbul edilmə qaydası haqqında şagirdlərə məlumat verdi. Tərəvəzlərin tərkibində orqanizmin normal həyat fəaliyyəti üçün böyük miqdarda zəruri vitaminlər, mineral maddələr var. Trəvəzlərin saxlanma və emal zamanı vitaminlərin qorunması üçün müəyyən qaydalara riayət etmək lazımdır. Dərsdə şagirdlər meyvə və tərəvəzlərdən istifadə edərək müxtəlif doğranma və saxlanma üsullarını öyrəndilər. Sonda şagirdlər müvafiq meyarlara uyğun olaraq qiymətləndirildilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi