MƏNALI ÖMRÜN İZİ İLƏ

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.
Sinif rəhbəri Sevinc Məmmədovanın rəhbərliyi ilə 2 "A" sinfində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı "Mənalı ömrün izi ilə" adlı tədbir keçirildi. Tədbirdə şagirdlər ulu öndərə həsr edilmiş şeirlər və onun aforizmə çevrilmiş kəlamlarını səsləndirdilər.
Sevinc Məmmədova Ümummilli liderin xüsusilə elm və təhsilin inkişafına həmişə böyük diqqət və qayğı göstərdiyini, azərbaycanlı gənclərin respublikadan kənarda təhsil alması üçün geniş imkanlar yaratdığını vurğuladı.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin zəngin və qədim tarixə malik bir xalqın müstəqillik arzusunu həyata keçirdiyi, dünya siyasətinə təsir etmək gücündə olan liderliyi, beynəlxalq səviyyədə düşünməyi və təhlillər aparmağı bacaran siyasətçi olması şagirdlərin diqqətinə çatdırıldı.