Xilaskar və qurucu lider!

"Heydər Əliyev ili" çərçivəsində Ümummilli liderimiz H.Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar məktəbdə "Xilaskar və qurucu lider" adlı tədbir keçirildi. Azərbaycan Respublikasının "Dövlət himni səsləndi. Ulu öndər Heydər Əliyev və şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Nisə Fərəcova açaraq dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı üçün gördüyü işlərdən söhbət açdı. Hər bir kəs ilk növbədə öz xalqı, Vətəni ilə tanınır. Elə nadir insanlarda var ki, onlar mənsub olduğu xalqı, Vətəni tanıdır, şöhrətləndirir. Belə insanlar seçilmiş şəxsiyyətlərdir və xüsusi missiyası olan liderlərdir. Ümummilli liderimiz Heydər Əliyev kimi.
Tədbirdə BŞTİ-nin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun əməkdaşı Sevinc Əzimova, Suraxanı Rayon İcra hakimiyyətinin əməkdaşı Gülşən Şıxlarova, Suraxanı rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla iş üzrə bölmənin rəisi polkovnik-leytenant Əfqan Ağayev, həmin bölmədən kapitan İlahə Balayeva, məktəb direktorları, valideynlər iştirak etdilər.
Şagirdlər “Ulu Öndər” adlı kompozisiya ilə çıxış etdilər. Umummilli liderin həyat və fəaliyyəti ilə bağlı videoçarx nümayiş olundu.
Təhsilalanlar rəhbərə olan məhəbbətlərini şeirlərlə, rəqslərlə bəyan etdilər.