Təşkilat saatı keçirildi

Məktəbin fəaliyyət planına uyğun olaraq Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar olaraq 2”B” sinfində sinif təşkilat saatı keçirildi.
Məqsəd şagirdləri dahi şəxsiyyətin həyat və yaradıclığı ilə tanış etmək, keçdiyi şanlı ömür yolu barədə məlumat vermək, Azərbaycan xalqının gələcəyi üçün necə necə çalışdığını göstərmək , Ulu Öndərimizin bizə miras qoyub getdiyi vətənimizin gələcəyi üçün hər bir fərdin onu özünə nümunə götürərək yaşamasını əyani şəkildə göstərməkdir.
Sinif rəhbəri Əliyeva Mərziyyə bildirdi ki, Azərbaycanımızın çiçəklənməsində Heydər Əliyevin fəaliyyəti danılmazdır. Şagirdlər Ulu Öndərin həyat və yaradıcılığı haqqında videoçarxı tamaşa etdilər, şeir söylədilər, sonda “Heydər babanın nəvələriyik” mahnısını səsləndirdilər.