“Emosional yorğunluq”un (yanma)diaqnostikası keçirildi

Məktəbin fəaliyyət planına uyğun olaraq müəllimlərlə “Emosional yorğunluq”un (yanma)diaqnostikası keçirildi. Bəzən gərgin iş şəraiti, xüsusilə insan-insan tipli fəaliyyət sahələri insanda müəyyən dərəcədə emosional yorğunluq yaradır. Bu isə insanın işə münasibətinə və məhsuldar fəaliyyətinə mənfi təsir edir. Bu səbəbdən də müəllimlərə 20 sualdan ibarət testlər paylanıldı. Məqsəd müəllimlərdə olan emosional əldən düşmə,depersonalizasiya(şəxsiyyətsizləşdirmə), şəxsi naliyyətlərin zəifləməsi kimi halların tədqiqi idi.