Pedaqoji Şuranın növbəti iclası keçirildi

Məktəbdə Pedaqoji Şuranın növbəti iclası keçirildi. İclası məktəbin direktoru Nisə Fərəcova açaraq pedaqoji kollektivi salamlayıb, iştirakçıları Pedaqoji Şuranın gündəliyi ilə tanış etdi. İclasda Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin davam etdirilməsi və əlavə tədbirlər haqqında sərəncamından irəli gələn işlərin yerinə yetirilməsi, tədris ili ərzində qarşıda duran vəzifələr, II, III, IV, V,VI, VIII sinif şagirdlərinin Azərbaycan dili, riyaziyyat və ingilis dili fənni üzrə bilik və bacarıqlarının monitorinqinin nəticələri, IX siniflərdə keyfiyyət göstəricilərinin artırılması ilə bağlı nəticələri zəif olan şagirdlərlə aparılan işlərin təhlili, fənn aylıqlarının nəticələri, məktəbdənkənar və sinifdənxaric işin təşkili, Psixoloji, hissi-emosional vəziyyətinə görə risk qrupuna daxil olan şagirdlərlə görülən işlərin nəticələri barədə geniş müzakirələr təşkil olundu. Kollektivə nizam-intizamın möhkəmləndirilməsi, dərsə davamiyyətin gücləndirilməsi, sinif jurnallarının aparılması barədə işlərin gücləndirilməsi və məktəbdə sağlam və təhlükəsiz mühitin yaradılması tapşırıldı. Bir sıra məsələlər haqqında qərar qəbul olundu.