Mir Cəlal Paşayev 115 illik yubleyinə həsr olunmuş dəyirmi masa keçirildi
Məktəbin fəaliyyət planına əsasən kitabxana müdiri Aytən Məmmədova və ədəbiyyat müəllimi Fatma Süleymanlının təşkilatçılığı ilə görkəmli yazıçı,ədəbiyyatşünas pedaqoq Mir Cəlal Paşayevin 115 illik yubleyi ilə bağlı olaraq dəyirmi masa keçirilidi.
Dəyirmi masada iştirak edən VI C-IX A sinif şagirdlərinin fəal oxucuları ilə ədibin "Həkim Cinayətov","Bostan oğrusu","Vətən yaraları","Bir gəncin manifesti"əsərindən Bahar hekayəsini danışdılar. Şagirlərlə hekayələrin birgə təhlili və müzakirəsi aparıldı.
Sonda Mir Cəlal Paşayevin həyat və fəaliyyətindən bəhs olunmuş slayd ,videoçarx şagirdlərin marağına səbəb oldu.