İbtidai siniflərdə monitorinq keçirildi
Məktəbin illik fəaliyyət planına uyğun olaraq monitorinqlərimiz davam edir. Şagird nailiyyətinin yüksəldilməsi məqsədilə II siniflərdə riyaziyyat, azərbaycan dili və ingilis dili fənnindən monitorinq keçirildi. Məqsəd ana dili, riyaziyyat ingilis dili fənləri üzrə şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnmə səviyyəsinin öyrənilməsi, siniflərdə təlimin təşkili və məzmunu məsələlərinin dəyərləndirilməsi, eləcə də şagirdlərin təhsil nailiyyətlərinin qiymətləndirilməsidir.