Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirildi

Məktəbin illik fəaliyyət planına uyğun olaraq ingilis dili müəllimi Sevinc Bədəlovanın  rəhbərliyi ilə 5 ”C” sinfində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbirin keçirilməsində məqsəd Ümummilli liderin həyat və fəaliyyəti haqqında şagirdləri məlumatlandırmaqdır.Şagirdlər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarxla tanış oldular,onun haqqında məlumatları dinlədilər,Ulu Öndərə həsr edilmiş şeirlər söylədilər.Tədbirin sonunda Ümummilli Liderə həsr olunmuş "Ulu Öndər" mahnısı şagirdlər tərəfindən ifa olundu.Dahi şəxsiyyətin vətənpərvərlik ideyalarının şagirdlərə aşılanması gənc nəslin milli -mənəvi dəyərlərinə sahib çıxmasına şərait yaradır. Məhz bu səbəbdən sözü gedən tədbirdə şagirdlərə xalqın taleyində müstəsna xidmətləri olan Heydər Əliyev şəxsiyyətinin təbliğinin vacibliyi vurğulandı.Tədbirdə müəllimlərdən Fərqanə Əkbərova  və Savad Rəhimova iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi