Gəncliyin İlk Mərhələləri Reproduktiv Sağlamlıq

Məktəbin illik fəaliyyətinə uyğun olaraq kimya-biologiya fənn aylığı çərçivəsində 6a,6b,6c sinif şagirdləri ilə maarifləndirici tədbir keçirildi. Şagirdlərə yeniyetməlik dövrü uşaqlıqdan yetkinliyə keçid dövrü ilə bağlı maarifləndirici slaydlar göstərilərək izah verildi. Bu yaş dövründə qızlarda sürətli, psixoloji,emosional, mədəni, mənəvi inkişafla, yeniyetmələrin diqqətli olmaları, orqanizmdə hormonların ifrazı ilə əlaqədar dəyişikliklərin yaranması, gigiyena qaydalarına əməl etməli olduqları məqamlara toxunularaq ətraflı məlumat verildi. Məktəbimizin biologiya fənn müəllimi Fərqanə Əkbərova şagirdlərin maraqlandığı suallara cavab verdi. Tədbirdə məktəbimizin tibb bacısı Sevda Məmmədova, biologiya müəllimi Zülfiyyə Hüseynova iştirak etdi.