"Heydər Əliyevin həyat yolu " mövzusunda təşkilat saatı keçirildi

Məktəbin tədbirlər planına əsasən "2023-cü il- Heydər Əliyev İli" ilə bağlı tədbirlər davam edir.2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bununla əlaqədar olaraq 3"A" və 4"A" sinifləri "Heydər Əliyevin həyat yolu " mövzusunda təşkilat saatı keçirdilər. Sinif rəhbərləri Rəna Abdullayeva və Leyla Orucəliyeva çıxış edərək bildirdilər ki, Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir.Şagirdlər Heydər Əliyev haqqında öyrəndikləri şeir və mahnıları təqdim etdilər .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi