2 aprel Beynəlxalq Uşaq Kitabı Günüdür.

Uşaqlara ən böyük hədiyyələrdən biri mütaliə və kitaba sevgidir.Onlara kitab oxumaq,kitab haqqında müzakirə apararaq düşüncə tərzini formalaşdırmaq vacib  bir yanaşmadır.Uşaqlar üçün kitab seçərkən yaş dövründən irəli gələn daxili ehtiyacları nəzərə alınmalıdır.

Məktəbin fəaliyyət planına əsasən "2 aprel Beynəlxalq Uşaq Kitab Günü"ilə əlaqədar olaraq  bu günün uşaq ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərmiş H.K.Andersenin doğum günün şərəfinə təsis olunduğunda məhz onun “Çirkin Ördək balası"nağılının məktəbin kitabxana müdiri Aytən Məmmədova və sinif rəhbəri Mərziyyə Əliyevanın təşkilatçılığı ilə 2 "b" sinfində müzakirəsi keçirildi.

Şagirdlərə  Uşaq Kitab Günü haqqında məlumat verildi.

Şagirdlərlə Çirkin ördək balası nağılına uyğun hekayə xəritəsi tərtib edildi, maraqlı müzakirəsi və nağıl obrazları haqqında düşüncələrini yazdılar. Şagirdlər  xəritəyə əsasən  nağıl haqqında rəylərini bildirdilər və  nağılı əks etdirən rəsmlər çəkdilər.Sonda fərqlənən şagirdlərə hədiyyə verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi