6 “C” sinifində açıq dərs keçirildi

Məktəbin fəaliyyət planına uyğun olaraq məktəbin texnologiya müəllimi Rühəngiz Hüseynovanın təşkilatçılığı ilə  6 “C” sinifində açıq dərs keçirildi. Mövzu: "İnsan həyatında qida məhsulları". 1.3.2 standartı reallaşdırıldı. Şagirdlər zülallar, karbohidratlar, yağlar, vitaminlər haqqında geniş məlumat əldə etdilər. Gündəlik qəbul etdiyimiz qida məhsullarının tərkibində mövcud olan və insan həyatı üçün böyük əhəmiyyət daşıyan qida maddələrini tanıdılar. A,B,C,D,E,PP vitaminləri və onların insan sağlamlığındakı rolu barədə müzakirələr apardılar. Əyani olaraq təqdim edilən qida məhsullarının tərkibində olan vitaminləri səsləndirdilər. Dərsdə məktəbin direktoru Nisə Fərəcova , təlim-tərbiyə üzrə direktor müavini Günel İsmayılova və texnologiya müəllimi Aysun Məmmədova iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi