31 Mart Azərbaycanlılarının soyqırımı  günü ilə bağlı dəyirmi masa keçirildi

     Məktəbin fəaliyyət planına uyun olaraq UBR Mədinə İskəndərova, kitabxana müdiri Aytən Məmmədovanın təşkilatçılığı ilə 31 Mart Azərbaycanlılarının soyqırımı  günü ilə bağlı 6 “C” sinif şagirdləri  ilə dəyirmi masa keçirildi. Məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması ,tarixi  hadisələrə düzgün  rəy vermək bacarığını  formalaşdırmaq, düşmənə nifrət  hissini  gücləndirmək , güclü vətənə məhəbbət hissini aşılamaqdır.  Dəyirmi masada UBR Mədinə İskəndərova və kitabxana müdiri Aytən Məmmədova çıxış edərək qeyd etdilər ki, bu soyqırım Azərbaycan xalqı  və dövlətinin  tarixində baş vermiş  ən faciəli hadisə, Azərbaycanlıların kütləvi  surətdə qırğını , repressiyalara  məruz qalması ,doğma yurdlarından  sürgün edilməsi  və didərgin  salınması  XX əsr tarixinin ən faciəli  və dəhşətli  səhifələrindəndir.

 Şagirdlər soyqırım haqqında öyrəndiklərini məlumat verdilər. Sonda soyqırım haqqında  sənədli videofilm izlədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi