"Dövlət rəmzləri-müstəqilliyimizin simvolu" dur

Məktəbin fəaliyyət planına uyğun olaraq Uşaq Birliyi Rəhbəri İskəndərova Mədinə, 4 “A” sinif rəhbəri Orucəliyeva Leyla "Dövlət rəmzləri-müstəqilliyimizin simvolu" dur mövzusunda təşkilat saatı keçirildi. Məqsəd şagirdlərdə vətənpərvərlik hissinin aşılanmaq, dövlət rəmzlərimizə sevgi və rəğbət hissini yaratmaqdır. Tədbiri açıq elan edən Mədinə İskəndərova şagirdlərə dövlət rəmzlərimiz, onların ifadə etdiyi məna, yaranma tarixi, istifadə olunduqları məqamlar barədə məlumat verdi. Şagirdlərə həyatımızın müxtəlif sahələrində himnimizin, gerbimizin və bayrağımızın tətbiqinin önəmindən, dövlətçiliyimizin tarixindən danışdı. 4 “A” sinif şagirdləri Dövlət rəmzlərimizi əks etdirən əl işləri düzəltdilər. Sonda şagirdləri maraqlandıran suallara cavab verildi və fəal iştirak edən şagirdlərə əl işlərindən ibarət hədiyyə verildi.