31 Mart soyqırımı ilə bağlı tədbir keçirildi

Məktəbin illik fəaliyyət planına uyğun olaraq məktəbimizdə "31 Mart" soyqırımı ilə əlaqədar olaraq 8"A" sinifində tədbir keçirildi. Məqsəd şagirdlərimizi "Mart soyqırımı" ilə bağlı məlumatlandırmaq idi. Şagirdlərimiz məlumat verdilər ki, 1918- ci il mart ayının 30-dan aprel ayının 2- nə qədər  Bakı şəhərində soyqırım törədildi. Burada 12 mindən çox günahsız, dinc müsəlman qətlə yetirildi. Sonra bildirdi ki, 1918-ci il mart soyqırımı yalnız Bakıda olmamışdı. Vətənmizin Şamaxı, Quba, Lənkəran, Salyan, Nefçala, Hacıqabul, Kürdəmir, Göycay və digər bölgələrdə də olmuşdur. 1918- ci il mart qırğını xalqımıza qarşı soyqırımı idi. Bunu unutmağa heç kəsin haqqı yoxdur. Şagirdlər məlumat verdilər ki, Ulu Öndərimiz Heydər Əliyev 1998- ci il martın 26- da xüsusi fərman verdi ki, xalqımıza qarşı törədilmiş bütün soyqırmları yaddaşlarda saxlamaq lazımdır. Bu fərmanla 31 Mart Azərbaycanların soyqırımı Günü elan edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi