Şəhidlər ölməz, Vətən bölünməz

Martın 3-də Daxili İşlər Nazirliyi Daxili Qoşunların döyüş bölgələrində yerləşən hərbi hissələrinin  tərkibində Azərbaycanın ərazi  bütövlüyü və suverenliyi uğrunda Ağdam rayon ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Bədəlov Vüqar Baloğlan oğlunun doğum günü münasibətilə şəhidin təhsil aldığı  D. Məmmədzadə adına 232 nömrəli tam orta məktəbdə “Şəhidlər ölməz,Vətən bölünməz” adlı tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin  hüquqi məsələlər üzrə müavini  Salman Musayev,Daxili Qoşunların Veteranlar şurasının  sədri  Çingiz Daşdəmirov, Daxili İşlər Nazirliyi  Daxili Qoşunların  Ali hərbi məktəbinin rəisinin tərbiyə işləri üzrə müavini Nəriman İsayev,Daxili Qoşunların  Baş İdarəsinin mənəvi  psixoloji hazırlıq şöbəsində baş zabiti Məzahir Seyidov, Suraxanı rayon İcra hakimiyyətində Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri 1 dərəcəli dövlət qulluqçusu  Elmar Hüseynov, Azərbaycan Vətən Müharibəsi Veteranları  İctimai Birliyinin   Suraxanı  rayon şöbəsinin sədri Eldar Rüstəmov, Suraxanı rayon Səfərbərlik və Hərbi xidmətə çağırış idarəsinin nümayəndəsi Namiq Orucov, şəhidin ailə üzvləri, yaxınları, müharibə  veteranları və şəhid ailələri,  232 nömrəli məktəbin müəllim və şagirdləri iştirak etmişlər.
Əvvəlcə xalqmızın Ümümmili lideri Heydər Əliyevin, şəhid Vüqar Bədəlovun, eyni zamanda canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qurban vermiş Vətən müharibəsi şəhidlərinin, əziz və unudulmaz  xatirələrinin  bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Dövlət Himni səsləndirildi.

Tədbiri giriş sözü ilə açan  D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbin direktoru Nisə Fərəcova şəhidin bacısı ehtiyatda olan gizir Səbirə Bədəlovaya,şəhidin yaxınlarına baş sağlığı vermiş və Azərbaycan Ordusunun qüdrətindən,şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqdan danışmışdır.Bundan əlavə Nisə xanım öz  çıxışında  məktəbdə təhsil aldığı dövrdə  Vüqar Bədəlovun yüksək əxlaqi keyfiyyətləri və nümunəvi davranışlarından, vətənpərvər və nizam-intizamlı şagird olmasından söhbət açmış və məktəbin, müəllimlərin, həmçinin bütün şagirdlərin qəhrəman məzunla qürur duyduqlarını diqqətə çatdırmışdır.
Daha sonra Vüqar Bədəlovun həyatı  haqqnda film nümayiş etdirildi.232 nömrəli tam orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış etdilər,Şəhidlərə həsr  olunmuş şeirlər söylədilər və vətənpərvər mahnılar oxudular.Mərasimdə iştirak edən şəhid Səbuhi Orucovun anası Narınc xanım,şəhid İbrahin Həsənovun anası Kəmalə xanım,şəhid Mehdi Fərzullazadənin anası Elvira xanım, şəhid Vüqar Bədəlovun əmisi Etibar müəllim çıxış edərək ölkəmizdə şəhid ailələrinə və  müharibə  veteranlarına dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini önə çəkərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham  Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi