Ümumdünya ucadan oxu günü.Birlikdə oxuduq!

Yüksək səslə oxumaq düşüncələri asanlıqla və dəqiq ifadə etməyi öyrənməyə imkan verir ,söz ehtiyatının ,üfuqun artmasına ,diksiyanın intonasiyanın emosianal rənglənmənin ,parlaqlığın nitqin düzgünlüyünün inkişafına kömək edir.Alimlər sübut etdilər ki valideyinlərin kiçik yaşlarından yüksək səslə kitab oxuduqları uşaqlar daha yaxşı nitq bacarıqlarına sahibdirlər

Məktəbin fəaliyyət planına uyğun olaraq kitabxana müdiri Aytən Məmmədova ,ədəbiyyat müəllimi Kəminə Zalova və sinif rəhbəri Könül Aslanovanın təşəbbüsü ilə 2 Mart Ümumdünya Ucadan oxu Günü qeyd edildi.

Ədəbiyyat müəllimi Kəminə Zalova  şagirdlərə düzgün diksiya ilə oxumağın faydaları haqqında geniş danışdı.Kitabxana  müdiri Aytən Məmmədova Ucadan Oxu Günü haqqında VI b və IV b şagirdlərinə məlumat verdi.

Şagirdlər Azərbaycan uşaq ədəbiyyatı antologiyasında C.Məmmədquluzadənin "İki alma"M.Qorkinin "Hekayələr",H.K.Andersen "Nağıllar",A.Qrin"Nağıllarını "oxudular.

6 cı sinif şagirdləri Əli Səmədlinin "Qanlı bənövşə"əsərinin öz ssenariləri əsasında və sərbəst şəkildə səhnələşdirdikləri variantını təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi