Xocalı qan yaddaşımız
Şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliğ edilməsi məqsədilə sinif təşkilat saatı keçirildi.
“Xocalı qan yaddaşımız” mövzusunda keçirilən sinif təşkilat saatında 3”A” sinfinin rəhbəri Rəna Abdullayeva qeyd etdi ki, Xocalı faciəsinin təkcə ildönümlərində deyil, hər zaman xatırlanmalı, qəhrəmanların xatirəsi uca tutulmalıdır.
Tədbirdə şagirdlər Xocalı faciəsinə həsr edilmiş şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdilər.