Şagirdlər M.F.Axundov adına Milli Kitabxanada ekskursiyada oldular

     Məktəbin fəaliyyət planına uyğun olaraq 24.02.2023-cü il tarixində məktəbin kitabxana müdiri Aytən Məmmədova və sinif rəhbəri Vüsalə Məmmədovanın təşkilatçılığı ilə 6 “A”sinif şagirdləri M.F.Axundov adına Milli Kitabxanada ekskursiyada oldular.

İlk öncə Xocalı soyqırımı ilə bağlı tədbirdə iştirak etdilər.Şagirdlərdən bir neçəsi Xocalı soyqırımına həsr olunmuş şeirlər söylədilər.Milli kitabxananın direktoru professor Kərim Tahirov məktəb rəhbərliyinə və şagirdlərə öz təşəkkürünü bildirdi. “Əsir Xocalı” kitabının təqdimatında müəllif məktəb kitabxanasına kitab hədiyyə etdi.Məktəbin kitabxana müdiri öz təşəkkürlərini bildirdi.

Sonra kitabxana binasının daxili quruluşu, elektron kataloq və elektron kitabxanadan istifadə qaydaları ilə tanış olan şagirdlərdə  iş prosesi böyük maraq doğurdu.Kitabxananın sərgi zalında təşkil edilmiş “Xocalı soyqırımı”,”Şuşa türk dünyasının mədəniyyət paytaxtı”,  “2023 - Heydər Əliyev ili”və digər sərgilərlə tanış oldular.Kitabxananın nadir kitablar və kitabxana müzeyi şöbəsində qorunan unikal və minatür kitabları heyranlıqla müşahidə edən şagirdlər həm də milli mətbuatımızın təməl daşları olan “Əkinçi qəzeti” nin “ Molla Nəsrəddin” jurnalının ilk nömrələrinə baxdılar.Nümunəvi şagirdlərimizdən bir neçəsinin suallarına milli kitabxananın əməkdaşları ətraflı cavab verdilər.Milli kitabxananın not nəşrləri və səs yazmaları şöbəsi ilə tanışlıq zamanı şagirdlər Azərbaycan xalq mahnılarını dinlədilər.6”A” sinif şagirdi Ə. Sevinc bir parça əsər fortopianoda ifa etdi. Şagirdlər milli kitabxananın nəzdində fəaliyyət göstərən açıq kitabxana ilə tanış oldular və fondda olan kitablara nəzər saldılar.Şagirdlərimiz milli kitabxanadan xoş hisslərlə ayrıldılar. Sonda kitabxana müdiri Aytən Məmmədova və sinif rəhbəri Vüsalə Məmmədova Milli kitabxananın rəhbərliyinə və əməkdaşlarına məktəb rəhbərliyi adından dərin təşəkkürünü bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi