“Xocalı qan yaddaşımız”

Məktəbin illik fəaliyyət planına uyğun olaraq 5 “B” sinif rəhbəri Gözəl Məmmədyarova və UBR rəhbəri Mədinə İskəndərovanın təşkilatçılğı ilə “Xocalı qan yaddaşımız” adlı təşkilat saatı keçirildi. Məqsəd şagirdlərə hərbi vətənpərvərlik hissinin aşılanması, düşmənə sonsuz nifrət hisslərinin bəslənməsi, qəhmrəmanlarımızın xatirəsinin uca tutulması, onlara hörmət və ehtiramın göstərilməsindən ibarət idi. Uşaqlar Xocalıya, qəhrəmanlara aid şeirlər söyləyib və səhnəciklər göstərdilər. Tədbirdə UBR-rəhbəri Mədinə İsgəndərova, direktor müavini Səfa Orucəliyev,şagirdlər və müəllimlər iştirak etdilər.