İlk dərslərimiz “Xocalı faciəsinə” həsr olundu
Məktəbin illik fəaliyyət planına uyğun olaraq məktəbimizdə 26 fevral “Xocalı faciəsi” ilə əlaqədar 5 “C” sinfində tədbir keçirildi.Məqsəd şagirdlərimizi “Xocalı faciəsi ilə bağlı məlumatlandırmaq idi.Şagirdlərimiz məlumat verdilər ki ,1992- ci il fevral ayının 25- dən 26 –na keçən gecə Xocalı şəhərində qətliam başladı.Müsasir silahlarla təchiz edilmiş 366-ci rus alayının köməyi ilə ermənilər hücüm etdilər. Şagirdlər bildirdilər ki,şəhərdə çox böyük qətillər başladı.Xeyli dinc insan həlak oldu.613 nəfər insan öldürüldü.1275 nəfər insan isə girov götürüldü.Xocalı şəhərində baş verən hadisəni dünyaya çatdırmaq üçün xalqımızın qəhrəman oğlu Çingiz Mustafayev misilsiz hünər göstərdi.Xocalı şəhidlərinin xatirəsinə abidə ucaldıldı.Sonra şagirdlər bildirdilər ki ,bu abidə xalqımızın müqəddəs and yerlərindən biri oldu .Erməni qurdurlarının xalqımıza qarşı törətdiyi Xocalı faciəsini unutmayacağıq! Tarix bu vəhşiliyi bağışlamayacaq.