"Yurd dediyim bu torpaq" adlı tədbir keçirildi

Məktəbin illik fəaliyyət planına uyğun olaraq   2 "A" və 4 "A" sinifləri "Yurd dediyim bu torpaq" adlı tədbir keçirdi. Xocalı faciəsində həlak olanların ruhu bir dəqiqəlik sükutla yad  edildi. Şagirdlərə 1992-ci il fevralın 25 - dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımı haqqında geniş məlumat verildi. Şagirdlər Xocalı faciəsinə həsr olunmuş şeirlər söylədilər, səhnəcik göstərdilər, çəkdikləri rəsmləri nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi