"Xocalıda son gecə"adlı film nümayiş etdirildi

Məktəbin fəalliyət planına uyğun olaraq Xocalı faciəsinin 31- ci il dönümü ilə əlaqədar UBR Mədinə İskərdərova şagirdlərə “Xocalıda son gecə filimi” ni nümayiş etdirdi. Məqsəd şagirdlərə vətənpərvərlik hissi aşılamaq və tarixi faciəni unutmamaqdır. Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Düşmənin məqsədi qədim Xocalını yer üzündən birdəfəlik silmək idi. Xocalı elə bir yaşayış məskəni idi ki, o Azərbaycanın tarixinin qədim dövrlərdən müasir dövrlərə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Ona görə də düşmən insanlığa sığmayan vəhşiliyi etdi. Ən dəhşətlisi 63 azyaşlı uşaq, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərdən birini itirdi. Xocalı faciəsinin epizodları insanı dəhşətə gətirir. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımına belə münasibət bildirmişdir: Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixin ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi