DİLİMİZ MİLLİ VARLIĞIMIZ,ZƏNGİN MƏNƏVİ SƏRVƏTİMİZDİR

  Dil millətin təsdiqi, onun milli varlığını müəyyənləşdirən əsas amillərdən biridir. Milli-mənəvi sərvətimizdən, mənəviyyatımızdan, söhbət düşəndə, ilk növbədə ana dilimiz yada düşür. Əgər bir xalqın ana dili yoxdursa, demək həmin xalqın özü də yoxdur.

     2 "A" və 4 "A" sinfi "Beynəlxalq Ana Dili Günü"nə həsr olunmuş "Dilimiz milli varlığımız, zəngin mənəvi sərvətimizdir" adlı təşkilat saatı keçirdi. Şagirdlərə "Beynəlxalq Ana Dili Günü", onun əhəmiyyəti, Maddi mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm vasitə olması haqqında məlumat verildi. Qeyd edildi ki, hər bir insan öz Ana dilini sevməli,yaxşı bilməli və onu qorumalıdır.Ana dili insanın mənəvi aləminin zənginləşməsində,dünyagörüşünün genişləndirilməsində,mükəmməl təhsil almasında böyük rol oynayır.

     Şagirdlər Ana dilinə həsr olunmuş şeirlər söylədilər,səhnəcik göstərdilər,çəkdikləri şəkilləri nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi