"Peşəyə hazırlıq"

Məktəbin fəaliyyət planına uyğun olaraq 6 “C” sinif rəhbəri Rühəngiz Hüseynova öz sinifində "Peşəkarlıq yolunda" layihəsi üzrə müxtəlif peşələrə aid stend və fotolardan istifadə edərək peşələr haqqında söhbət apardı. O qeyd etdi ki,  " Hər biriniz gələcəkdə bir peşə sahibi olacaqsınız”. Peşə seçimi insanın həyatında verdiyi ən önəmli qərarlardan biridir. Çalışaq ki, seçəcəyimiz peşə haqqında indidən düşünək, məlumat alaq və sirlərini öyrənək. Müxtəlif peşələr var ; həkim, mühəndis, aşpaz, dülgər, xarrat, dərzi və s. Seçəcəyimiz peşənin sənətkarı olmaq üçün mütləq yaxşı təhsil almalıyıq.

Biz yalnız sevdiyimiz peşə ilə məşğul olsaq, cəmiyyətə fayda verə bilərik"

Sonda hər bir şagird gələcəkdə seçəcəyi peşələr haqqında fikirlərini söylədilər və fikir mübadiləsi apardılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi