“Xocalı soyqırımı - bəşəriyyət tarixinin ən dəhşətli səhifəsi”

     Məktəbin fəaliyyət planına  uyğun olaraq Xocalı faciəsinin 31 – ci il dönümü ilə əlaqədar “Xocalı soyqırımı - bəşəriyyət tarixinin ən dəhşətli səhifəsi” mövzusunda V-VIII sinif şagirdləri arasında inşa yazı müsabiqəsi keçirildi. Məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq səlnaməsinin təbliğidir. Amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı qətliamından bizi 31 il zaman məsafəsi ayırır. Düşmənin məqsədi qədim Xocalını yer üzündən silmək idi. Bu amansız və qəddar soyqrım aktı insanlıq tarixin ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi