Sinif təşkilat saatı keçirildi

2023-cü il “Heydər Əliyev” ili çərçivəsində 1 “A”  sinfində sinif təşkilat saatı keçirildi. Məqsəd Ulu Öndər Heydər Əliyev zəkasının,düşüncəsinin,müdrikliyinin böyüklüyünü hiss etdirmək,onun xalqımız,respublikamız üçün misilsiz xidmətlər göstərdiyini çatdırmaq idi.Azərbaycan xalqı xoşbəxtdir ki,onun Heydər Əliyev kimi Ulu Öndəri,dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var.Və bu gün hər birimiz dərk edirik ki,müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir.

Şagirdlər Ulu Öndər haqqında müxtəlif şeirlər söylədilər,Heyder babanın nəvələriyik adlı mahnını səsləndirdilər.Sinif rəhbəri elektron lövhədə Ulu Öndərin həyati,milli təhsil quruculuğunda yolu haqqında qısa fraqmentlər göstərdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi