Azərbaycan ədəbiyyatında cənub mövzusu adlı konfrans

Məktəbin Azərbaycan dili ədəbiyyat müəllimi Kəminə Zalova və kitabxana müdiri Aytən Məmmədovanın təşkilatçılığı ilə " Azərbaycan ədəbiyyatında Cənub mövzusu"adlı konfrans keçirildi.

Konfrasın keçirilməsində əsas məqsəd şagirdlərin fəal oxucu kimi formalaşması, oxuduqları əsərlərin müzakirəsində sərbəst fikir yürütmə bacarığı inkişaf etdirilməsi idi.Konfransda şagirdlərin intellektual səviyyələrinin yüksəldilməsində  Şimali Azərbaycan şair və yazıçılarının Cənub dərdinin ədəbiyyatımızda canlandırılması, həsrət dolu əsərlər yazmaqla soydaşlarımızın harayının dünyaya çatdırılmasında o tay bu tay,Cənub Şimal,Güney Quzey mövzularını şagirdlərə aşılamasında ədəbiyyatın danılmaz rolu vurğulandı.

6 ci sinif bir qrup şagirdlər S.Rüstəmin "Təbriz",Söhrab Tahir,İ.Əfəndiyevin "Xəncər",M.İbrahimbəyovun "Cənub hekayələri",M.H.Şəhriyarın,M.Gülgün əsərlərindən öyrəndiklərinin təhlil etdilər və yuxarı sinif şagirdlərinin də təhlil mülahizələrə qoşulması şagirdlərin mövzu ətrafında əməkdaşlıq qabilyətinin inkişaf etdirilməsinə təkan oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi