“Peşə seçimi “mövzusunda maarifləndirici tədbir keçirildi
Məktəbin fəaliyyət planına uyğun olaraq “Peşəkarlıq yolunda” layihəsi ilə bağlı Sima Cəlilovanın təşkilatçılığı ilə 9 “B” sinfində layihə çərçivəsində “Peşə seçimi “mövzusunda maarifləndirici tədbir keçirildi. Həmçinin şagirdlərə universitetlər, peşə təhsili müəssisələri haqqında məlumat verildi.Şagirdlərin fikirləri dinlənildi,sualları cavablandırıldı.
Layihənin məqsədi şagirdlərin peşə və ixtisaslar üzrə tələb olunan bilik,bacarıq,səriştələri barədə məlumatlandırılması,maraq və qabiliyyətlərinə uyğun müvafiq ixtisas-peşə seçiminə yönəldilməsindən ibarətdir.