2 fevral- Gənclər günü münasibəti ilə "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirildi

2 fevral- Gənclər günü münasibəti ilə məktəbdə Heydər Əliyev və Azərbaycan gəncliyi mövzusunda tədbir keçirildi.Tədbirdə məktəbin direktoru, gənc müəllimlər,məktəbin təcrübəli müəllimləri və şagirdlər iştirak edirdilər. Tədbirdə çıxış edənlər Heydər Əliyev siyasətinin Azərbaycan gəncliyinə verdiyi töhvə, ölkəmizin hərtərəfli inkişafında gənclərin xidmətləri, vətən müharibəsində Azərbaycan gəncliyinin şücaətindən danışdılar.Daha sonra tədbir panel müzakirə şəklində davam etdi.Məktəbin təcrübəli pedaqoqları iş və həyat təcrübələrinə əsaslanaraq məktəbin gənc müəllimləri və şagirdləri maraqlandıran suallara cavab verdilər.Sonda tədbir iştirakçıları olan gənclər onlara dövlətimiz tərəfindən verilən etimadı doğruldacaqlarına söz verdilər.Onlara verilən tövsiyyələrə əməl edəcəklərini bildirdilər.Bir daha gənclərimizi təbrik edir onlara uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi