Ana dili və fənn aylığına start verildi

     Beynəlxalq Ana Dili Günün bu aya təsadüf etməsi ilə əlaqədar “Ana dili və ədəbiyyat fənn aylığının məhz fevral  ayında qeyd olunması artıq məktəbimizdə  ənənə  şəklini  almışdır. Fənn birləşmə üzvlərinin keçirdiyi  müzakirədə iş bölgüsü aparıldı və ay  ərzində  görüləcək işlər, həftəlik  qrafiklər əsasında tərtib edildi. 01-08 fevral tarixlərinə təsadüf edən ilk dərs həftəsinə məktəbin pilləkənlərinə düzgün orfoqrafiya qaydalarını əks etdirən yazılı qeydlərin yapışdırılması, əslən Cənubi Azərbaycandan olan yazıçı və şairlərin əsərlərinin bədii müzakirəsinin təşkil olunması, 2023-cü il yubleyi təsadüf edən yazıçı və şairlərin həyat-yaradıcılıqlarını əks etdirən fotostendlərin hazırlanması, II Qarabağ müharibəsi şəhidlərinə həsr olunan şeirlərdən ibarət müsabiqənin təşkil olunması təyin edildi.
       Ay ərzində davamlı olaraq keçirilməsi nəzərdə tutulan 2 layihə şagirdlərin xüsusi marağına səbəb oldu, “Düzgün yaşamaq düzgün danışmaqdan başlayır” adlı layihə çərçivəsində bütün məktəb kollektivinin ləhcəsiz, dialektlərdən istifadə etmədən, orfoepik qaydalara uyğun danışması tövsiyə olundu. Hər sinifdən 1 şagird olmaqla seçilən simvolik “Dil polisləri” müəllimlərin və şagirdlərin nitqindəki  qüsurlarını qeyd etmək üçün təhkim olundular. 
      Təlim nəticələrinin yüksəlməsinə, siniflərarası əməkdaşlığın artmasına təsiri baxımından “Mənə cavab ver” adlı digər bir layihənin də bütün ay ərzində həyata keçirilməsi planlaşıdırıldı. Layihənin şərtlərinə əsasən hər həftənin 1 dərs saatı hər sinif seçdiyi digər sinfin şagirdlərinə sual və tapşırıqlar təqdim edir. (Sual və tapşırıqlara aid nümunələr:Sözlərin mənasını müəyyən edin və cümlədə işlədin; Verilmiş qafiyə əsasında şeir yazın; Verilmiş mövzuya uyğun hekayə qurun şifahi xalq ədəbiyyatının lirik növünə aid nümunələr əzbərlərin və s.) Təyin edilmiş digər dərs saatında sual və tapşırıqları qəbul edən sinfin şagirdləri bu cavabları təqdim edirlər.

   Fənn aylığında keçirilməsi nəzərdə tutulan ən vacib tədbirlərdən biri də "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda keçiriləcək  elmi praktik konfrans olacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi