20 Yanvar faciəsinin 33-cü il dönümü

Məktəbin fəaliyyət planına uyğun olaraq 3 “A” sinif şagirdləri ilə 20 yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı sinif təşkilat saatı keçirildi. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş 20 yanvar şəhidlərini yad etmək məqsədilə sinif rəhbəri Rəna Abdullayeva çıxış edərək qeyd etdi ki,tariximizdəki qara səhifələrdən biri 1990-cı  il 20 yanvar faciəsidir. Məhz o gün xalqımız bir daha sübut etdi ki, həqiqətən də azadlıq qan bahasına, can bahasına əldə edilir. Azərbaycan tarixində lazım gələrsə gözünü qırpmadan vətən uğrunda canlarından keçən qəhrəman oğullarımız vardır.

Daha sonra şagirdlər faciə qurbanlarının bir neçəsinin həyat yolu haqqında çıxışlar etdilər, şəhidlərə həsr olunmuş şeir söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi