İlk dərslərimiz “20 Yanvar faciəsinə” həsr olundu

19.01.2023-cü il tarixdə 232 N li məktəbin  bütün siniflərində 1- ci dərs saatı fənn müəllimi, sinif rəhbəri, Uşaq Birliyi Təşkilatı rəhbəri tərəfindən keçirildi.

Dərs saatında I-IV siniflərdə “20 Yanvar şəhidləri” , V-IX siniflərdə  "20 Yanvar faciəsi səbəblər, günahkarlar, nəticələr, insan taleləri ", X-XI siniflərdə isə " 20 Yanvar bizə verdiyi vətəndaş dərsi" mövzuları tədris olundu. Maraqlı videoçarx, slayd və yazılı, şifahi təqdimatların nümayiş olunduğu dərslərdə bu tarixi faciənin yalnız bir terorr aktı deyil, həm də cənab Prezident İlham Əliyevin vurğuladığı kimi Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olduğu qeyd olundu.

Dərslərdən belə bir nəticə çıxarıldı ki, xalqımızın  qəhrəmanlıq ənənələrinə sadiqliyi 44 günlük II Qarabağ müharibəsindəki qələbəmizlə bir daha təsdiq olundu. 10"A" sinfində Sevinc Bədəlova ,8"A" sinfində Vüsalə Məmmədova, 9"B" sinfində Sima Cəlilova,6 "A" sinfində Kəminə Zalova, 4"A" sinfində Leyla Orucəliyeva  tədris etdiyi dərslərdən şagirdlərin aktivliyi müşahidə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi