20 YANVAR ÜMUMXALQ HÜZN GÜNÜ
3 "B" sinfində sinif rəhbəri Şəbnəm Balayevanın rəhbərliyi ilə 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar təşkilat saatı keçirildi. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sinif rəhbəri şagirdlərə 20 Yanvar Ümumxalq Hüzn Günü haqqında məlumat verdi. O qeyd etdi ki, Qanlı Yanvar hadisələrindən 33 il keçir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı ən qəddar cinayətlərdən biri baş verib.20 Yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər , qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb.Dövlət müstəqilliyimizin bərpası, azadlığımız üçün ilk növbədə 20 Yanvar şəhidlərinə borcluyuq.
Sonda şagirdlər 20 Yanvar faciəsi haqqında şeirler səsləndirdilər, təsəvvürlərində canlandırdıqları şəkilləri çəkib, nümayis etdirdilər.