20 Yanvar - 33 il

Məktəbin fəaliyyət planına əsasən 20 Yanvar faciəsinin otuz üçüncü  ildönümü ilə əlaqədar olaraq Kitabxana  müdiri Aytən Məmmədova və 2 b sinif rəhbəri Mərziyyə Əliyevanın təşkilatçılığı ilə sinif şagirdləri ilə tədbir keçirildi.

Məqsəd xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılmadı kiçik yaşdan şagirdlərə müstəqillik düşüncələrini formalaşdırılması,xalqımızın qəhrəmanlıq salnaməsini təbliğ etməkdir.

Tədbirdə sinif rəhbəri Mərziyyə Əliyeva və Aytən Məmmədova şagirdlərə 20 Yanvar faciəsinin xalqımızın,hər bir Azərbaycan vətəndaşının  həyatında böyük önəm daşıyan bir gün olduğunu həmin günün əsla unudulmadığını xalqımızın əzmini  qıra bilmədiyini bildirdilər.

Şagirdlər 20 Yanvar haqqında öyrəndikləri bilgiləri və şeirlər söylədilər.Hər bir şagird 20 Yanvar haqqında öyrəndiklərini çəkdikləri  rəsmlərini nümayiş etdilər

Sonda kitabxanada Qəhrəmanlıq səlnaməsinin müəllifləri-şəhidlərimizin xatirəsinə həsr olunmuş sərgi nümayiş olundu və həmin gecədə həlak olan vətənin oğul və qızları onların müstəqillik uğrunda parlaq səhifə yazdıqları haqqında  məlumat verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi