ŞƏHİD UCALIĞI

Məktəbin fəaliyyət planına əsasən  Şəhid Səbuhi Orucovun adını daşıyan 2"A" sinfi və valideynləri, şəhidin anası Narınc xanım Bül-bülə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanını ziyarət etdilər. Ziyarət zamanı şəhid Səbuhi Orucovun anası Narınc xanım şagirdlərə oğlunun Vətənə sevgisindən, keçdiyi döyüş yollarından danışdı.

Məqsəd Vətən müharibəsində canından keçmiş şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və şagirdlərdə vətənpərvərlik hisslərinin gücləndirilməsidir. Şagirdlər Səbuhi Orucovun və digər şəhidlərimizin məzarına çiçəklər düzdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi