Böyük summativ qiymətləndirmə keçirildi
2022-2023-cü tədris ilinin I yarımil üzrə təlim nəticələrini yoxlamaq məqsədilə məktəbimizdə 16.01.2023-cü il tarixindən Böyük summativ qiymətləndirmələrin keçirilməsinə başlanılmışdır. Buraxılış siniflərində bütün fənlər, digər siniflərdə isə Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri olmaqla məktəb rəhbərliyi tərəfindən təşkil olunan qiymətləndirmədə hər bir fənnin məzmunundakı zəruri biliklərin və həmin biliklərin tətbiq bacarıqlarının əhatə olunması diqqət mərkəzində saxlanıldı. 4 , 5,6 –cı siniflərdə rəqəmsal platformada, digər siniflərdə isə əyani şəkildə aparılan qiymətləndirmədə obyektvliyi təmin etmək məqsədilə test tapşırıqları bir neçə variantda tərtib olunmuşdu. Digər fənn müəllimlərinin nəzarəti ilə keçirilən qiymətləndirmə öncədən müəyyən edilən vaxt ərzində baş tutdu.