"SAĞLAM QİDALANMA SAĞLAMLIQDIR"

        Məktəbin fəaliyyət planına uyğun olaraq məktəbin Texnologiya müəllimləri Rühəngiz Hüseynova və Aysun Məmmədova 6 "C” sinifində "Sağlam qidalanma Sağlamlıqdır" mövzusunda tədbir keçirdi. Məqsəd şagirdlərə "Sağlam qidalanmaq, sağlam yaşamaqdır" fikrini aşılamaqdır. Rühəngiz Hüseynova uşaqların öz sağlamlığına laqeyd münasibətlərinin bir çox xəstəliklərə səbəb olacağını bildirdi. Sağlamlığın təməli uşaq yaşlarından qoyulur, bu yaşdan artıq düzgün qidalanmaq lazımdır. Gün ərzində meyvə-tərəvəzlərdən bol-bol istifadə etmək, açıq havada gəzmək lazımdır. Şagirdlərimizdən Bayramova Zəhra;  sağlam olmaq üçün idmanla məşğul olmaq, bol meyvə yemək, oturduğumuz otağın havasını tez-tez dəyişmək və düzgün həyat tərzi sürmək haqqında məlumat verdi. Sağlamlıq insanın uzunömürlü, sağlam düşüncəli olmasına zəmin yaradır. Digər şagirdlər sağlam olmaq üçün öz gündəlik həyatlarında tətbiq etdiklərini səsləndirdilər. Tədbirimizi atalar sözü ilə bitirdik: " Səhər yeməyini özün ye, günorta yeməyini dostunla böl, axşam yeməyini düşməninə ver."

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi