"Mənim təxəyyül qabiliyyətim " adlı müsabiqə keçirildi
Xarici dil aylığı çərçivəsində ingilis dili müəllimi Nərminə Cabbarova 4 “A” sinif şagirdləri ilə "Mənim təxəyyül qabiliyyətim " adlı müsabiqə keçirdi. Öncədən elan olunmuş müsabiqə şərtlərinə əsasən şagirdlərin bir qismi sərbəst mövzular ətrafında yazdıqları kiçik həcmli inşa nümunələrini ,digər qismi isə kiçik hekayə və kompozisiyaları təqdim etdilər. Mənim ailəm,Sevdiyim sənət,Doğma məktəbim mövzusunda tərtib edilən bədii parçalar yazı işləri şagirdlərin ingilis dilində sərbəst fikir ifadə etmə bacarığını nümayiş etdirməklə bərabər tədris ilinin birinci yarımilində daha çox istifadə olunan 2.2.1 və 3.1.2 standartlarının reallaşdırma səviyyələrini də göstərirdi.Bəzi şagirdlərin yazı işlərinə və bədii parçalara çəkdikləri illustrasiyalar və hazırladıqları applikasiya nümunələri onların yaradıcılıq nümunələri onların yaradıcılıq qabiliyyətini də qiymətləndirməyə şərait yaratdı.
Şagirdlərdə ingilis dilinə marağı gücləndirmək ,bədii yaradıcılıq qabiliyyətini,fikir idarəetmə bacarığını artırmaq məqsədilə təşkil olunan müsabiqədə şagirdlər fəallıq göstərdilər.Şagirdlərin hazırladıqları "Həkimdə" adlı səhnəcikdə şagirdlər öz bacarıqlarını göstərdilər.