Şəhid ailəsi ilə görüş
Məktəbin illik fəaliyyət planına uyğun olaraq 6"C" sinifinin rəhbəri Ruhəngiz Hüseynova öz şagirdləri ilə şəhid kapitan Vüqar Nəcəfovun ailəsini ziyarət etdi. Şəhidimizin anası Şəmsiyyə xanım bacısı Günel, oğlu Aydın, qızı İnci şagirdlərimizi fəxr hissi ilə qarşıladılar.
Məktəbimizin tarix müəllimi Zərxanım Zülfüqarova ilk olaraq qeyd etdi ki, şəhidlərimizin ruhu qarşısında baş əyirik. 44 günlük müharibə hər birimizin həyatında unudulmaz tarixə çevirilib.Unutmaq olmaz ki, bu şanlı zəfər şəhidlərin qanı bahasına başa gəlib,neçə-neçə igid vətən oğlu bu yolda canından keçib.
Şagirdlərimizdən Bayramova Zəhra və Hacıməmmədzadə Cannur bildirdilər ki, biz hamımız Vüqar kimi igid şəhidlərə borcluyuq. Sinifimiz şəhid kapitan Vüqar Nəcəfovun adını daşıyır. Hər birimiz sinif otağında şəhidimizin portreti qarşısında daha da, məsuliyyətli olmağa, onun əziz xatirəsini uca tutmağa çalışırıq. İndi qarşımızda duran məqsəd odur ki, şəhidlərimizi layiqincə dünyada tanıdaq.
Sonda şəhidimizin ailə üzvləri ilə xatirə şəkili çəkildi.