Xarici dil aylığına start verildi
Xarici dili aylığı çərçivəsində 9 “A” sinfində İngilis dili müəllimi Kəmalə Şamilova və Günel Ömərova tərəfindən monitorinq keçirildi. Monitorinqin məqsədi ingilis dilindən keçilən mövzuların mənimsəmə faizini nəzərdə saxlamaqdır. Monitorinqdə suallar standartlara uyğun olaraq tərtib olunmuşdur. Testlərdə şagirdlərin dinləyib – anlama, oxuyub – anlama və dil qaydaları üzrə mənimsəmə bacarığı yoxlanıldı. Monitorinqdə 30 şagirddən 27 şagird iştirak etdi. Bunlardan 7 nəfər 81 – 100 bal, 10 nəfər 61 – 80 bal, 10 nəfər isə 31 – 60 bal topladılar. 0 – 30 bal arası toplayan şagird olmadı. Sinfin ümumi faizi 62% - lə kifayətləndi. Şagirdlər tərəfindən səhv yazılan tapşırıqlar nəzərdən keçirildi və şagirdlərin ən çox çətinlik çəkdikləri açıq tipli test tapşırıqları olduğu müşahidə olundu. Növbəti monitorinqə qədər bu problemin aradan qaldırılma yolları müzakirə olundu.