Qışın möcüzələri

Məktəbin illik fəaliyyət planına uyğun olaraq 2 “A” sinfin də təsviri incəsət fənnindən Sevinc Məmmədova nümunəvi dərs keçdi. “Qışın möcüzələri” mövzusu üzrə keçirilən dərsin məqsədi şagirdlərə mədəni- estetik və yaradıcı inkişafı təmin etmək , təsviri incəsənət dərsində hər bir şagirdin yaradıcılıq qabiliyyətini üzə çıxarmaq , bu fənnə qarşı şagirdlərdə daha da maraq oyatmaqdır. Sinif “Şaxta baba” ,”Qar qız” , “Qış” , “Qar adam” ,“Qar dənəciyi” adlı 5 qrupa bölündü.Qruplar qış fəslini rəngli karandaşlar, pastel karandaşlar , boyalar ,flomaster və quaşla təsvir etdilər. Dərsdə şagirdlər qışa aid tapmacalar söylədilər və “Yeni il gəldi”mahnısı oxudular. Dərsdə məktəbin direktoru Nisə Fərəcova, direktor müavini Günel İsmayılova və fənn birləşmə sədri Leyla Orucəliyeva iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi