“Nəsli kəsilməkdə olan canlılar” adlı layihə təqdim olundu

        Məktəbin illik fəaliyyət planına uyğun olaraq sinif rəhbəri Əliyeva Mərziyyənin rəhbərliyi ilə 2”B” sinfində Həyat bilgisi fənnindən “Nəsli kəsilməkdə olan canlılar” adlı layihə təqdim olundu. Layihə çərçivəsində 2”B”  sinif rəhbəri Mərziyyə Əliyeva şagirdlərə bildirdi ki, dəyişən iqlim və təbii şəraitə görə bir çox canlının nəsillərinin tükənməsi təhlükəsi yaranır. Hər bir insanın sosial məsuliyyət borcudur ki,təbiətin inciləri olan heyvanları qorusun. Bəzi dövlətlər heyvanları və canlıları qorumaq üçün "Qırmızı kitab" hazırlayaraq məhv olma təhlükəsi ilə üz üzə olan heyvanların adını o kitaba salır. Və həmin canlılar qoruma altına alınır.  Mərziyyə müəllimə sonda qeyd etdi ki,hər bir insan  bu canlıları qorumaq üçün öz üzərinə  düşəni etməlidir. Şagirdlər bu məlumatları maraqla dinlədilər. Layihəyə əsasən əl işləri təqdim etdilər. Simvolik olaraq "Qırmızı kitab " da hazırladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi