Ekoloji konfrans keçirildi
2020- ci ilin maet ayından BŞTİ -nin Yaşıl layihə "Təbiəti qoruyanlar" adlı layihəyə məktəb tərəfindən start verilmişdir, işlərin hesabatı ilə bağli ekoloji konfrans keçirildi.
Məqsəd təhsilalanları ekoloji maarifləndirmək, onların ekoloji biliklərini, tədqiqatcılıq bacarıqların artırmaq, istedadlı və bacarıqlı şagirdlərin aşkara çıxarmaq, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsini öyrənmək, dövrün qlobal problemlərinin həllinə dəstək verməsinə istiqamətləndirməkdir.
Layihənin keçirilməsi ilə bağlı tədbirlərdə biologiya müəllimi Fərqanə Əkbərova, coğrafiya müəllimləri Vüsalə Məmmədova və Aytən Məmmədova fəallıq göstərmişlər.
Ekoloji kurslarda, tədbirlərdə fəallıq göstərən şagirdlərə məktəb tərəfindən fəxri fərmanlar təqdim edilmişdir.